Vəzifə öhdəlikləri:
- Avtomobillərin şəkillərinin sistemə yüklənməsi və məlumatların düzgün qeydiyyata alınması;
- Şirkətə daxil olan avtomobillərin sənədlərinin qəbul edilməsi və aidiyyəti üzrə təhvil verilməsi;
- Sənədlərin düzgün şəkildə arxivləşdirilməsi və qeydiyyatının aparılması;
- Daxil olan sənəd və məlumatların məxfiliyinin qorunması;
- Rəhbərlik tərəfindən verilən gündəlik inzibati tapşırıqların icrası;
- Ofis daxilində sənəd dövriyyəsinə nəzarət və koordinasiya.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus və İngilis dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək və düzgün ünsiyyət qurmaq bacarığı.
İş şəraiti
- İş yeri: Azure Business Center
- İş saatları: 11:00 – 19:00
- İş rejimi: 5 gün
Əlavə məlumatlar:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcəkdir.
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.