“Sumqayıt Innovation HUB”ın məqsədi Sumqayıt şəhərində innovasiya mühitini gücləndirmək və yaradıcı düşüncəni, innovativ sahibkarlığı, müasir texnoloji inkişafı təşviq etməkdir. Hub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnnovasiya Agentliyi, Azercell və Pasha Holding-in dəstəyi ilə yaradılmışdır.
Qeyd olunan məqsədə çatmaq üçün Hub əsas 3 istiqamətdə fəaliyyət göstərəcək:
1. Yaradıcı düşüncəni və innovasiyanı təşviq edən fiziki əlçatan məkan yaratmaq .
2. İnnovasiya sahəsində fəaliyyət göstərən tərəflərin bacarıqlarının inkişaf etdirmək və yeni kadrların yaradılması təmin etmək.
3. İnnovasiya və yaradıcılıq sahəsində fəaliyyət göstərən bütün maraqlı tərəfləri bir araya gətirməklə körpü rolu oynamaq.
Sumgait Innovation Hub Ofis meneceri