Trade Group Company Trade Group Company
  • 321

Avtomobil Logistikası üzrə Təcrübə Proqramı (Ödənişli)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomobil Logistikası üzrə Təcrübə Proqramı (Ödənişli)

  • Deadline 24 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Trade Group Company-nin təşkilatçılığı ilə avtomobil logistikası sahəsində peşəkar karyera qurmaq istəyən dinamik gənclər üçün ödənişli təcrübə proqramına start verilir!

Proqram 2 ay davam edəcək və bu müddət ərzində iştirakçılara həm nəzəri təlimlər keçiriləcək, həm də real iş mühitində praktiki tapşırıqlar həvalə olunacaq.

Proqram Ərzində Öyrənəcəyiniz Və İcra Edəcəyiniz Vəzifə Öhdəlikləri:

  • Logistika bazarının analizi və potensial korporativ müştəri bazasının formalaşdırılması;
  • Şirkətlərlə ilkin əlaqələrin qurulması (soyuq zənglər və rəsmi yazışmaların aparılması);
  • Korporativ müştərilərlə görüşlərin keçirilməsi və logistika xidmətlərinin təqdimatının aparılması;
  • Beynəlxalq yükdaşımaların həyata keçirilməsi və logistika əməliyyatlarına nəzarət mexanizmlərinin mənimsənilməsi;
  • İdxal və ixrac zamanı yük sənədlərinin yoxlanılması prinsiplərinin öyrənilməsi;
  • Məlumatların sistemə düzgün daxil edilməsi, daxil olan müraciətlərin qeydə alınması və cavablandırılması.

Namizədə Dair Tələblər:

  • Təhsil: Bakalavr və ya Magistratura məzunu (hazırda tələbə olan şəxslər müraciət edə bilməz);
  • İxtisas üstünlüyü: Logistika üzrə təhsil almış və karyerasını bu sahədə qurmaq istəyən namizədlərə üstünlük veriləcək;
  • Yaş həddi: 21–30 yaş;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində səlis danışıq və yazışma bacarığı (mütləqdir), Rus dili biliyi (arzuolunandır);
  • Kompüter bilikləri: MS Office (Excel, Word və s.) proqramlarından sərbəst istifadə bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və ilkin əlaqə qurma bacarıqları;
  • Məsuliyyətli, diqqətli, öyrənməyə və inkişaf etməyə yüksək həvəsi olan;
  • Verilən tapşırıqları zamanında və dəqiqliklə icra etmək qabiliyyəti.

İş Şəraiti Və Təkliflərimiz:

  • Müddət: 2 ay (Təlim və praktiki dərslər);
  • Aylıq Təqaüd: 200 AZN;
  • İş qrafiki: Həftənin 1–5-ci günləri, saat 09:00 – 18:00;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu;
  • Rahat və modern ofis mühiti;
  • Logistika, satış və gömrük rəsmiləşdirilməsi üzrə peşəkar təcrübə qazanmaq imkanı;
  • Sertifikat: Təlimi bitirən bütün iştirakçılara Trade Group Company tərəfindən rəsmi sertifikat veriləcək;
  • Karyera imkanı: Təlimi bitirənlərdən ən yaxşı nəticə göstərən şəxs şirkətdə işlə təmin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Avtomobil Logistikası – Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində elektron ünvanına göndərmələri xahiş olunur.

  • Daily91
  • Weekly611
  • Monthly2323