Trade Group Company-nin təşkilatçılığı ilə avtomobil logistikası sahəsində peşəkar karyera qurmaq istəyən dinamik gənclər üçün ödənişli təcrübə proqramına start verilir!
Proqram 2 ay davam edəcək və bu müddət ərzində iştirakçılara həm nəzəri təlimlər keçiriləcək, həm də real iş mühitində praktiki tapşırıqlar həvalə olunacaq.
Proqram Ərzində Öyrənəcəyiniz Və İcra Edəcəyiniz Vəzifə Öhdəlikləri:
- Logistika bazarının analizi və potensial korporativ müştəri bazasının formalaşdırılması;
- Şirkətlərlə ilkin əlaqələrin qurulması (soyuq zənglər və rəsmi yazışmaların aparılması);
- Korporativ müştərilərlə görüşlərin keçirilməsi və logistika xidmətlərinin təqdimatının aparılması;
- Beynəlxalq yükdaşımaların həyata keçirilməsi və logistika əməliyyatlarına nəzarət mexanizmlərinin mənimsənilməsi;
- İdxal və ixrac zamanı yük sənədlərinin yoxlanılması prinsiplərinin öyrənilməsi;
- Məlumatların sistemə düzgün daxil edilməsi, daxil olan müraciətlərin qeydə alınması və cavablandırılması.
Namizədə Dair Tələblər:
- Təhsil: Bakalavr və ya Magistratura məzunu (hazırda tələbə olan şəxslər müraciət edə bilməz);
- İxtisas üstünlüyü: Logistika üzrə təhsil almış və karyerasını bu sahədə qurmaq istəyən namizədlərə üstünlük veriləcək;
- Yaş həddi: 21–30 yaş;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində səlis danışıq və yazışma bacarığı (mütləqdir), Rus dili biliyi (arzuolunandır);
- Kompüter bilikləri: MS Office (Excel, Word və s.) proqramlarından sərbəst istifadə bacarığı;
- Güclü ünsiyyət, təqdimat və ilkin əlaqə qurma bacarıqları;
- Məsuliyyətli, diqqətli, öyrənməyə və inkişaf etməyə yüksək həvəsi olan;
- Verilən tapşırıqları zamanında və dəqiqliklə icra etmək qabiliyyəti.
İş Şəraiti Və Təkliflərimiz:
- Müddət: 2 ay (Təlim və praktiki dərslər);
- Aylıq Təqaüd: 200 AZN;
- İş qrafiki: Həftənin 1–5-ci günləri, saat 09:00 – 18:00;
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu;
- Rahat və modern ofis mühiti;
- Logistika, satış və gömrük rəsmiləşdirilməsi üzrə peşəkar təcrübə qazanmaq imkanı;
- Sertifikat: Təlimi bitirən bütün iştirakçılara Trade Group Company tərəfindən rəsmi sertifikat veriləcək;
- Karyera imkanı: Təlimi bitirənlərdən ən yaxşı nəticə göstərən şəxs şirkətdə işlə təmin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Avtomobil Logistikası – Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində elektron ünvanına göndərmələri xahiş olunur.