Avtomobil Logistikası üzrə Təcrübə Proqramı (Ödənişli)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomobil Logistikası üzrə Təcrübə Proqramı (Ödənişli)

  • Deadline 24 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Trade Group Company və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə avtomobil logistikası sahəsində peşəkar karyera qurmaq istəyən dinamik gənclər üçün ödənişli təcrübə proqramına start verilir!

Proqram 2 ay davam edəcək və bu müddət ərzində iştirakçılara həm nəzəri təlimlər keçiriləcək, həm də real iş mühitində praktiki tapşırıqlar həvalə olunacaq.

Proqram Ərzində Öyrənəcəyiniz Və İcra Edəcəyiniz Vəzifə Öhdəlikləri:

  • Logistika bazarının analizi və potensial korporativ müştəri bazasının formalaşdırılması;
  • Şirkətlərlə ilkin əlaqələrin qurulması (soyuq zənglər və rəsmi yazışmaların aparılması);
  • Korporativ müştərilərlə görüşlərin keçirilməsi və logistika xidmətlərinin təqdimatının aparılması;
  • Beynəlxalq yükdaşımaların həyata keçirilməsi və logistika əməliyyatlarına nəzarət mexanizmlərinin mənimsənilməsi;
  • İdxal və ixrac zamanı yük sənədlərinin yoxlanılması prinsiplərinin öyrənilməsi;
  • Məlumatların sistemə düzgün daxil edilməsi, daxil olan müraciətlərin qeydə alınması və cavablandırılması.

Namizədə Dair Tələblər:

  • Təhsil: Bakalavr və ya Magistratura məzunu (hazırda tələbə olan şəxslər müraciət edə bilməz);
  • İxtisas üstünlüyü: Logistika üzrə təhsil almış və karyerasını bu sahədə qurmaq istəyən namizədlərə üstünlük veriləcək;
  • Yaş həddi: 21–30 yaş;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində səlis danışıq və yazışma bacarığı (mütləqdir), Rus dili biliyi (arzuolunandır);
  • Kompüter bilikləri: MS Office (Excel, Word və s.) proqramlarından sərbəst istifadə bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və ilkin əlaqə qurma bacarıqları;
  • Məsuliyyətli, diqqətli, öyrənməyə və inkişaf etməyə yüksək həvəsi olan;
  • Verilən tapşırıqları zamanında və dəqiqliklə icra etmək qabiliyyəti.

İş Şəraiti Və Təkliflərimiz:

  • Müddət: 2 ay (Təlim və praktiki dərslər);
  • Aylıq Təqaüd: 200 AZN;
  • İş qrafiki: Həftənin 1–5-ci günləri, saat 09:00 – 18:00;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu;
  • Rahat və modern ofis mühiti;
  • Logistika, satış və gömrük rəsmiləşdirilməsi üzrə peşəkar təcrübə qazanmaq imkanı;
  • Sertifikat: Təlimi bitirən bütün iştirakçılara DMA (Dövlət Məşğulluq Agentliyi) və Trade Group Company tərəfindən rəsmi sertifikat veriləcək;
  • Karyera imkanı: Təlimi bitirənlərdən ən yaxşı nəticə göstərən şəxs şirkətdə işlə təmin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Avtomobil Logistikası – Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly520
  • Monthly2232