Vəzifə öhdəlikləri:
- Təyin olunmuş bölmələrdə İR üzrə strateji tərəfdaş kimi çıxış etmək;
- Biznes rəhbərləri ilə birgə İR strategiyalarını hazırlamaq və tətbiq etmək;
- Ştat planlaması və işçi xərclərinin idarə olunmasına dəstək vermək;
- İşə qəbul prosesini tam şəkildə idarə etmək;
- Yeni işçilərin adaptasiyası və sınaq müddətinin izlənməsini təmin etmək;
- Performans qiymətləndirməsini təşkil etmək və inkişaf planları hazırlamaq;
- Yüksək potensiallı əməkdaşların inkişafı üzrə proqramlar qurmaq;
- İllik təlim ehtiyaclarını müəyyənləşdirmək və təlim planlamasına töhfə vermək;
- Karyera inkişafı və yerdəyişmə proseslərində iştirak etmək;
- İşçilərlə mütəmadi görüşlər keçirmək və problemlərin həllinə dəstək olmaq;
- Əməkhaqqı və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
- Komanda ruhunu və işçi məmnuniyyətini artırmaq üçün təşəbbüslər irəli sürmək;
- İR proseslərini təkmilləşdirmək və daxili layihələrdə fəal iştirak etmək;
- Rəhbərlərə və əməkdaşlara İR məsələləri üzrə məsləhət vermək;
- Təşkilati strukturun formalaşdırılmasında struktur rəhbərləri ilə birgə işləmək;
- İR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Korporativ qaydalara uyğun fəaliyyət göstərmək;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Namizədə Tələblər
- Ali təhsil (İnsan resursları, psixologiya, biznesin idarə olunması və ya əlaqədar sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 3 illik iş təcrübəsi
- Strateji düşüncə ilə yanaşı, əməliyyat detalları üzərində işləmək bacarığı.
- Güclü analitik düşüncə və qərarvermə bacarığı – məlumatlara əsaslanaraq düzgün istiqamət seçmək qabiliyyəti;
- Yüksək səviyyəli ünsiyyət və dinləmə bacarığı – əməkdaşlar və rəhbərlərlə açıq və etibarlı kommunikasiya qurmaq;
- Empatiya və ədalətlilik – işçilərin ehtiyaclarını dinləyərək balanslı yanaşmalar göstərmək;
- Məsuliyyətlilik və liderlik – təşəbbüs göstərmək, işə sahiblənmək və nəticəyə yönəlik çalışmaq;
- Komanda ruhu və əməkdaşlıq bacarığı – struktur daxilində birlik və bütövlüyə töhfə vermək;
- Dəyişikliklərin idarə olunmasında çevik və adaptiv yanaşma;
- Konfidensiallıq və etik prinsiplərə sadiqlik;
- Əmək qanunvericiliyi və insan resursları üzrə müvafiq proseslər haqqında dərin bilik;
- Təqdimat bacarığı və rəhbərliyə məntiqli şəkildə təsir edə bilmək qabiliyyəti;
- HR analitikası və performans göstəriciləri ilə işləmə təcrübəsi üstünlükdür.
- Texniki Bacarıqlar:
- MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel və Visio);
- HRM (İnsan Resurslarının İdarə Olunması) sistemləri üzrə təcrübə üstünlükdür;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; İngilis dili biliyi üstünlük hesab olunur.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək / 09:00-dan 18:00-dək
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş yeri: Bakı şəhəri
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İnsan Resursları üzrə Aparıcı Talant Partnyor” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.